• Qərb
  • 6 Avqust 2024 19:26
  •  4 433

Kamala Harris prezidentliyə namizədliyini Demokratların 99%-i dəstəkləməklə təmin edir

Hazırkı vitse-prezident Kamala Harris onlayn səsvermədə öz partiyası daxilindəki nümayəndələrin 99%-nin dəstəyini aldıqdan sonra Demokratların prezidentliyə namizədliyini təmin edib.

Bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Jaime Harrison bildirib.

Onun ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə 4567 partiya nümayəndəsi Harrisi dəstəkləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını Co Bayden təmsil etməli idi, lakin onun iyunda Trampla debatındakı uğursuz çıxışından sonra demokratlar arasında hazırkı dövlət başçısının seçkidən çəkilməsinə çağırışlar daha da artıb. İyulun 21-də o, yarışdan imtina etmək və Harrisi ölkənin yüksək vəzifəsində dəstəkləmək qərarına gəlib.

Mövsüm

AzNews.az