• Qərb
  • 22 Avqust 20:25
  •  3 832

Ukrayna Krasnodarda limanı raketlə vurub

Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.

Aznews.az xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.

O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.

Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.