• Qərb
  • 3 Sentyabr 2024 21:29
  •  3 277

ABŞ yaxın həftələrdə Kiyevə yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir.

Bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

O xatırladıb ki, 10 gün əvvəl ABŞ Ukrayna tərəfinə növbəti hərbi yardım paketini elan edib.

"Yaxın həftələrdə daha da çox olacaq" ,-deyə Kirbi qeyd edib.

Mövsüm

AzNews.az