• Qərb
  • 5 Sentyabr 20:38
  •  5 129

Almaniya polisi İsrailin Münhendəki Baş Konsulluğunda baş verən atışmanı terror aktı adlandırıb

Almaniya polisi İsrailin Münhendəki Baş Konsulluğunda baş verən atışma hadisəsini İsrail diplomatik missiyasına qarşı yönəlmiş terror aktı kimi qiymətləndirir.

Bu barədə "Focus-online" xəbər portalı araşdırma aparan Almaniya şəhərinin polis və prokurorluğuna istinadən məlumat yayıb.

Səhər saatlarında naməlum şəxs konsulluğun yaxınlığındakı polis postuna atəş açıb. Səlahiyyətlilərin məlumatına görə, hücumu tüfənglə silahlanmış 18 yaşlı avstriyalı həyata keçirib. Polis əməkdaşları cavab atəşi açıblar. Xüsusi əməliyyat nəticəsində hücum edən şəxs məhv edilib. Polis əməkdaşlarından xəsarət alan olmayıb.

"Hazırda İsrail Dövlətinin Baş Konsulluğuna qarşı terror aktının törədildiyi güman edilir. İstintaqın əsas diqqəti şübhəlinin cinayəti törətmək motivini müəyyən etməkdir", - Münhen polisi bildirib.

Mövsüm

AzNews.az