• Qərb
  • 6 Sentyabr 13:18
  •  2 764

Donald Tramp: Harris prezident olarsa, İsrail yox olacaq

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yəhudi simpatiyası bir daha özünü göstərdi.

Maraqlı vədləri ilə gündəmə gələn Donald Tramp bu dəfə yəhudilərə xitabən çıxışı ilə reaksiya çəkib.

ABŞ-da Respublikaçı Yəhudi Koalisiyasının donorları qarşısında çıxış etmək üçün Nevada ştatının Las-Veqas şəhərinə gedən Tramp təəccüblü iddialar səsləndirib.

Tramp bəyan edib ki, Harris prezident olarsa, “İsrail artıq mövcud olmayacaq” və Harris İsraili tərk edəcək.

Tramp yəhudi amerikalıları ona səs verməyə çağıraraq, "Qalib olsalar, İsrail məhv olacaq. Bunu unutmayın. Əgər qalib gəlsələr, İsrail məhv olacaq" deyib.

"ƏGƏR HARRISİ DƏSTƏKLƏYİRSİNİZƏ, ağlınızı yoxlayın"

Tramp prezident Co Baydeni və Harris administrasiyasını hədəf alaraq, "Onları dəstəkləyən birinin necə ağlı olduğunu anlamıram. Əgər yəhudisinizsə və onları dəstəkləyirsinizsə, ağlınızı yoxlatdırmaq lazımdır. Onlar sizinlə çox pis rəftar etdilər ”,- deyə qeyd edib.

Mövsüm

AzNews.az