• Qərb
  • 6 Sentyabr 21:04
  •  2 520

Kanada Kiyevə 80 mindən çox raket mühərriki,döyüş başlığı və atıcı silah göndərəcək

Kanada Ukraynaya CRV-7 idarə olunmayan raketlər üçün, o cümlədən Kanada ordusu tərəfindən əvvəllər istismardan çıxarılanlar üçün 80,800-dən çox mühərrik və onlar üçün 1,300 döyüş başlığı göndərəcək.

Bu barədə Kanadanın müdafiə naziri Uilyam Bleyer bildirib.

Ottava Kiyevə 970 pulemyot və 10 500 tapança, habelə sıradan çıxarılan Kanada zirehli transportyorları M113 və Coyote LAV üçün hissələri tədarük edəcək.

Bu partiya artıq Polşa vasitəsilə Ukraynaya göndərilmək üçün hazırlanır.

Mövsüm

AzNews.az