• Qərb
  • 10 Sentyabr 20:03
  •  2 288

Ağ Ev: Ukrayna münaqişəsi ilə bağlı danışıqların başlaması Zelenskidən asılıdır

Vaşinqton Ukraynanı sülh danışıqlarına başlamağa məcbur etməyəcək. Ukrayna prezidenti Volodimir Zelenskinin bu barədə qərar vermək hüququ var.

Bu barədə Ağ Evin koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

“Zelenskidən nə vaxt danışıqlar aparacağı ondan asılı olacaq”, o deyib.

Kirbi ABŞ dövlət katibi Entoni Blinkenin çərşənbə günü Kiyevə planlaşdırılan səfərini də şərh edib.

Onun sözlərinə görə, Dövlət Departamentinin rəhbəri sülh danışıqlarına başlamaq məsələsində Ukrayna hakimiyyətinin “qollarını bükməyəcək”.

Mövsüm

AzNews.az