• Qərb
  • 11 Sentyabr 16:39
  •  3 356

Fridrix Merz: Biz ksenofobiya və düşmənçiliyin əleyhinəyik

Almaniyanın immiqrasiya qanunu Bundestaqda gündəmə gətirildi.

kansleri Olaf Şolz Bundestaqda büdcə iclasında çıxış edib.

Şolz ölkədə müzakirə olunan qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı qiymətləndirmələrində immiqrasiyaya müsbət baxdığını bildirdikdən sonra ana müxalifət lideri də məsələyə münasibət bildirib.

Xristian İttifaqı (CDU/CSU) partiyalarının Bundestaq Qrupunun sədri olan Fridrix Merz Almaniyanın bir sıra böyük problemlərlə üz-üzə qaldığını və onlardan biri də həll olunmamış immiqrasiya probleminin olduğunu bildirib.

Almaniyanın "açıq və əcnəbilərə dost ölkə olaraq qalması" lazım olduğunu bildirən Merz, immiqrant mənşəli bir çox insanın illərdir Almaniyada yaşayıb işlədiyinə diqqət çəkib.

“Ksenofobiyaya qarşıyıq”

"Onlar olmadan Almaniyada xəstəxanalar, qocalar evləri, bir çox digər sosial qurumlar, məktəblər, qastronomiya müəssisələri və çoxsaylı şirkətlər bir gün belə uğurla fəaliyyət göstərə bilməz. Buna görə də bu insanlara ehtiyacımız var",- deyə Merz qeyd edib.

“Almaniyada immiqrant əsilli insanların xoş qarşılandığını” ifadə edən Merz, “Bu səbəbdən də hər cür xarici düşmənçiliyə qarşı açıq və aydın şəkildə qarşıyıq”,- deyə bildirib.

Mövsüm

AzNews.az