• Qərb
  • 13 Sentyabr 2024 16:24
  •  3 444

Almaniya ilin sonuna qədər iqtisadiyyatda canlanma gözləmir

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib.

Hesabatda bu ilin üçüncü rübünün əvvəlində Almaniya iqtisadiyyatında durğunluğun davam etdiyi, sifariş kitabçalarının azalması və ümumilikdə zəif sifariş vəziyyətinin ixracyönümlü sənayeni zəiflətdiyi bildirilib.

Hesabatda inflyasiyanın aşağı düşməsinə və real əmək haqqının artması ilə alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq istehlakçı əhval-ruhiyyəsinin pisləşdiyi və “ilin sonuna qədər iqtisadi canlanmanın gözlənilmədiyi” vurğulanır.

Mövsüm

AzNews.az