• Qərb
  • 17 Sentyabr 18:01
  •  1 694

Tusk AK rəhbərini Polşaya dəvət etmək istəyir

Polşanın baş naziri Donald Tusk Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni daşqınlarla əlaqədar maliyyə yardımına ehtiyac olduğuna inandırmaq üçün onu Vrotslava dəvət edə bilər.

O, bu barədə böhran komissiyasının iclası zamanı bildirib.

“Tələsmək istəmirəm, amma ola bilsin ki, yaxın günlərdə, bəlkə də saatlarda biz Avropa Komissiyasının rəhbərini Vrotslava dəvət edəcəyik ki, o, ehtiyaclarımızın nə qədər ciddi olduğunu öz gözləri ilə görsün”,- deyə Tusk qeyd edib.

Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Tusk AK-dən 1,5 milyard avrodan çox pul alacağına ümid edir. O əlavə edib ki, bir gün əvvəl von der Leyen ilə danışıb.

Mövsüm

AzNews.az