• Qərb
  • 17 Sentyabr 20:14
  •  1 645

Portuqaliyada 107 yerdə meşə yanğını baş verib

Portuqaliya hökuməti ölkənin müxtəlif bölgələrində, xüsusilə Porto şəhərinin cənubundakı Aveiro bölgəsində davam edən meşə yanğınlarına qarşı sentyabrın 15-də elan etdiyi həyəcan vəziyyətini 19 sentyabr gecə yarısına qədər uzadıb.

Portuqaliya Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi və yerli hökumət rəsmilərinin mətbuata verdiyi məlumatlarda ölkə daxilində 107 nöqtədə yanğınların aktiv olduğu və çox çətin bir vəziyyətlə mübarizə apardıqları bildirilib.

Yanğın nəticəsində ölənlərin sayının dünənki 3-dən 4-ə yüksəldiyi, yaralanan 40 nəfərdən 33-nün yanğınsöndürən olduğu açıqlanıb.

Portuqaliyanın Aİ-dən kömək çağırışından sonra İspaniya, Fransa, İtaliya və Yunanıstan bu ölkəyə yanğınsöndürən təyyarələr göndərib.

Mövsüm

AzNews.az