• Qərb
  • 18 Sentyabr 19:04
  •  1 244

Fransanın baş naziri ölkənin büdcə vəziyyətini son dərəcə ağır adlandırıb

Fransanın baş naziri Mişel Barnier hesab edir ki, ölkədə büdcə vəziyyəti son dərəcə ağırdır.

Bu badərə "Bloomberg" məlumat yayıb.

Məqalə müəlliflərinin bildirib ki, Barnier vergi və xərc məsələlərində rəqib tərəflər arasında fikir ayrılıqları fonunda dövlət maliyyəsi ilə bağlı xəbərdarlıq edib ki, bu da onun hökuməti formalaşdırmaq vəzifəsini daha da çətinləşdirir.

"Ölkədə büdcə vəziyyəti çox ağırdır",- deyə Barnier bildirib.

Barnier əlavə edib ki, vəziyyətə düzgün qiymət vermək üçün müxtəlif orqanlardan bütün lazımi məlumatları tələb edib. O, borcların məhdudlaşdırılmasına diqqət yetirməyi planlaşdırdığını və "daha çox vergi ədalətliliyinə" açıq olduğunu söyləyib.

Mövsüm

AzNews.az