• Qərb
  • 26 Sentyabr 12:18
  •  1 909

ABŞ Konqresi müvəqqəti büdcəni təsdiqləyib

ABŞ Senatı dekabrın 20-dək hökuməti maliyyələşdirəcək müvəqqəti xərclər qanun layihəsini təsdiqləyib.

Bu barədə "CNN" məlumat yayıb.

Senatorların əksəriyyəti qanun layihəsinin lehinə səs verib. Sənəd indi imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Bayden Konqresi "bahalı hökumətin bağlanmasından qaçınmaq" üçün tərifləyib. Prezident deyib ki, bu, qanunvericilərə “illik maliyyələşdirmə qanunlarını bu ilin sonuna qədər qəbul etmək üçün daha çox vaxt verir”.

Mövsüm

AzNews.az