• Qərb
  • 26 Sentyabr 14:49
  •  2 057

ABŞ-da məhkəməyə gedən cinayətkar məhkəmə binasını partladıb

ABŞ daha bir zorakılığa səhnə oldu.

CNN-in məlumatına görə, Kaliforniyada məhkəmə binasında partlayış baş verib.

Səlahiyyətlilər partlayışdan sonra verdikləri açıqlamada “qanunsuz odlu silah gəzdirməkdə” ittiham olunan 20 yaşlı Nathaniel McGuire-nin özü ilə gətirdiyi çantanı məhkəmə binasının girişindəki keçid məntəqəsinə atdığını bildirib.

Səlahiyyətlilər içərisində partlayıcı maddə olan çantanın partlaması nəticəsində ədliyyə dəhlizində olan 6 nəfərin yaralandığını qeyd edərək, hadisədə “polad jilet” geyinən şübhəlinin xəsarət almadığını bildirib.

Səlahiyyətlilər, McGuire-nin partlayışdan dərhal sonra polis tərəfindən tutulduğunu və "öldürməyə cəhd" və "partlayıcı maddələrin saxlanması və istifadəsi" ilə ittiham edildiyini açıqladı.

Digər tərəfdən, səlahiyyətlilər çantanın içindəkilərlə bağlı ətraflı məlumat paylaşmayıb.

Federal Təhqiqat Bürosunun (FTB) xüsusi agenti Ted Doks verdiyi açıqlamada araşdırmaya başladıqlarını və müvafiq qrupların hadisə yerinə gəldiyini bildirib.

“Hazırda bildiyimiz odur ki, bu hadisə transmilli terrorizmlə əlaqəli deyil və şübhəlinin terrorçu qruplarla heç bir əlaqəsi yoxdur”, - Doks bildirib.

Mövsüm

AzNews.az