• Qərb
  • 27 Sentyabr 15:12
  •  5 440

Soros bu dəfə ABŞ-ı qarışdırdı: 200 radio almaq istəyir

Milyarder aktivist Corc Sorosun ABŞ-ın ikinci ən böyük radio stansiyaları şəbəkəsi olan Audacy-ni satın almaq istəyir. Audacy, 40 bazarda fəaliyyət göstərən 220 Amerika radio stansiyasına sahibdir və aylıq 165 milyon dinləyiciyə çatır.

ABŞ-da radio, televiziya, peyk, kabel və tel vasitəsilə rabitəni tənzimləyən Federal Rabitə Komissiyası (FCC) ötən həftə bu satınalmaya icazə verib. New York Post-un verdiyi məlumata görə, Komissiyadakı üç demokrat üzv iki respublikaçı üzvə üstün gəlib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, FCC-nin sözçüsü Fox News Digital-ə bildirib:"Komissiya qərarını rəsmən açıqlamayana qədər heç bir qərar qəti deyil."

Fevral ayında 93 yaşlı solçu qlobalist Soros, Audacy şirkəti müflisliyini elan etdikdən sonra onun 400 milyon dollar borcunu alaraq ən böyük səhmdarına çevrildi. Şirkət o vaxtdan yenidən strukturlaşıb və hazırda Şon Hanniti, Mark Levin və Glenn Beck kimi mühafizəkar səslərə ev sahibliyi edir.

Bir mənbə New York Post-a bildirib:

"Corc Sorosun milli seçki öncəsi yüzlərlə yerli radio stansiyasını alması və Audacy-də Şon Hanniti və digər mühafizəkar radio aparıcılarını yayımlamağa davam edəcəyi inandırıcı deyil."

Texas konqresmeni Çip Roy, respublikaçı, aprel ayında Audacy-nin satın alınması ilə bağlı ciddi narahatlıqlarını dilə gətirib və Soros qrupunun FCC-dən xarici mülkiyyət maraqlarını nəzərdən keçirmək və qiymətləndirmək prosesini adi qaydada həyata keçirməyib, bunu "gələcəkdə bir vaxt" təxirə salmağı xahiş etdiyini vurğulayıb.

Federal Rabitə Aktına əsasən, xarici mülkiyyəti 25%-dən çox olan heç bir şirkət radio stansiya lisenziyasına sahib ola bilməz. Soros qrupu Audacy-nin xarici mülkiyyət səviyyəsinin bu həddi aşacağını qəbul edib və hələ də FCC-dən mülkiyyət ərizəsini tez təsdiqləməsini xahiş edib ki, “bu ölkə boyu yüzlərlə yerli radio stansiyasında mülkiyyət maraqlarını tez bir zamanda həyata keçirə bilsinlər”, Konqresmen Roy FCC-yə göndərdiyi məktubda bildirib. O, əlavə edib:

"FCC bu ölçü və miqyasda olan hər hansı bir radio stansiyasının satın alınmasını tam və hərtərəfli şəkildə araşdırmaq məcburiyyətindədir."

Respublikaçı FCC komissarı Brendan Carr iyun ayında New York Post-a bildirib ki, "FCC xüsusi olaraq Soros üçün qısa yol yaratmamalıdır."

Soros qrupu mühafizəkar media şirkətlərini alaraq onların rəhbərliyini və proqramlaşdırmasını dəyişdirmə tarixinə malikdir. Soros ötən payızda Polşada keçirilən seçkilərdən əvvəl mühafizəkar Hüquq və Ədalət Partiyasını (PiS) hakimiyyətdən uzaqlaşdıran bir media şirkəti alıb.