Almaniyanın Ukraynaya "Taurus" raketlərini verməmək qərarı qüvvədə qalır - sözçü

Almaniya kansleri Olaf Şolzun Kiyevə Taurus raketləri verməmək qərarı xarici işlər naziri Annalena Burbokun etirazına baxmayaraq, qüvvədə qalır.

Bu barədə hökumət sözçüsü Steffen Hebestreit deyib.

"Sizi əmin etmək üçün deyə bilərəm ki, kanslerin bu məsələ ilə bağlı dəqiq mövqe tutmasından xeyli vaxt keçib. Bu mövqe hələ də qüvvədədir", - Steffen Hebestreit mətbuat konfransında bildirib.

Qeyd edək ki, Annalena Burbok həftə sonu ARD televiziyasına verdiyi müsahibədə Ukraynanın özünümüdafiə üçün uzaqmənzilli raketlərdən istifadə etməli olduğunu iddia etmişdi, lakin Almaniya kanslerinin məsələ ilə bağlı fərqli fikirdə olduğunu bildirmişdi.

Mövsüm

AzNews.az