- Qərb
- 4 Oktyabr 14:54
- 4 667
Aİ ölkələri Çinin elektromobillərinə rüsumların tətbiqini təsdiqləyib
Avropa İttifaqına (Aİ) üzv ölkələr Çindən elektriklə işləyən avtomobillərin idxalına tarifləri təsdiqləyib.
Bu barədə "Financial Times" (FT) məlumat yayıb .
Nəşr qeyd edir ki, bu, son 10 ildə iqtisadi güclər arasında ən böyük ticarət mübahisəsinə çevrilib.
“Onlar (Aİ-yə üzv dövlətlər - red.) Almaniya və Macarıstanın fəal etirazına baxmayaraq, Avropa Komissiyasının mövcud 10%-ə əlavə olaraq 35,3%-ə qədər anti-subsidiya rüsumlarının müəyyən edilməsi təklifini dəstəkləyiblər”, - nəşr yazır.
Mövsüm
AzNews.az