- Qərb
- 19:44
- 739
Avropa Birliyi 10 milyard avrodan çox pulu səhv xərcləyib
Avropa İttifaqının (Aİ) büdcə və fondlarının auditindən məsul olan Avropa Auditorlar Məhkəməsi İttifaqın 2023-cü il xərclərinə dair illik hesabatını dərc edib.
Müvafiq olaraq, keçən il Aİ büdcəsindən edilən xərclərdə səhv nisbətində nəzərəçarpacaq artım olub.
10 MİLYARD AVRO SƏHV EDİLİB
Səhv xərc nisbəti 2021-ci ildə 3 faiz, 2022-ci ildə 4,2 faiz olduğu halda, 2023-cü ildə bu nisbət 5,6 faizə yüksəlib. Beləliklə, Aİ-nin 2023-cü il üçün 191,2 milyard avroluq xərclərində təxminən 10,7 milyard avro səhvə yol verilib.
Digər tərəfdən, Aİ-nin Covid-19 iqtisadi bərpa fondundan etdiyi 48 milyard avroluq xərclərin bəzilərində pozuntular olub.
Mövsüm
AzNews.az