• Qərb
  • 11 Oktyabr 21:25
  •  776

ABŞ-ın Florida ştatına çatan “Milton” qasırğasında ölənlərin sayı 10-a çatıb.

ABŞ Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas Ağ Evdə keçirdiyi mətbuat konfransında Milton qasırğası nəticəsində ən azı 10 nəfərin öldüyünü və bu ölümlərin də tornadolar nəticəsində baş verdiyini açıqlayıb.

Florida ştatının şərq sahilindəki Sent-Lusi qraflığında yaşlı insanların yaşadığı İspan Gölləri İcmaları bölgəsində baş verən tornadolar ən azı 5 nəfərin ölümünə səbəb olub.

Florida qubernatoru Ron DeSantis, ştatın "ən pis ssenaridən" qaçdığını, lakin zərərin hələ də əhəmiyyətli olduğunu vurğulayıb.

DeSantis qeyd edib ki, Milton quruya çıxdığı gün Floridada 19 tornado təsdiqlənib.

Milli Meteoroloji Xidmət gün ərzində ştatın mərkəzi və şərq hissələrində 45-ə yaxın tornado qeydə alındığını bildirib.

Qasırğadan qorunmaq üçün sığınacaqlara yerləşdirilən amerikalılar öz vasitələri ilə evlərinə qayıtmağa başlayıblar.

"PowerOutage.us"-ın məlumatına görə, Floridada bu səhərə qədər 3 milyondan çox ev və müəssisə elektriksiz qalıb.

Mövsüm

AzNews.az