Bayden Ukrayna üçün çətin qışla bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Co Bayden bildirib ki, ukraynalıları çətin qış gözləyir.

Amerika lideri bu barədə Almaniyada çıxışı zamanı xəbərdarlıq edib.

O, avropalı həmkarlarına müraciət edərək, "Ukraynanı çox çətin qışla qarşı-qarşıya qoyduğumuz üçün rahatlaya bilmərik",- deyə bildirib.

Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, Kiyevin müttəfiqləri Ukrayna Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin müddəalarına uyğun olacaq “vicdanlı, davamlı sülhə nail olana qədər” dəstəyi davam etdirməlidir.

Mövsüm

AzNews.az