ABŞ-də erkən səsvermə prosesində indiyədək 9 milyona yaxın insan səs verib

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış bir çox ştatlarda başlayan erkən səsvermə prosesində indiyədək 9 milyona yaxın insan səs verib.

Florida Universitetinin Seçki Laboratoriyasının məlumatına görə, 8,8 milyondan çox insan səs verib. Bildirilib ki, ölkə üzrə seçicilər poçt vasitəsilə səsvermə üçün 55 milyondan çox bülleten istəyiblər.

İlkin məlumata görə, Kaliforniya ştatı 904 min, Miçiqan 857 min, Florida 833 min və Virciniya 815 min səsvermə ilə ən çox erkən səsvermə edən ştatlar olaraq önə çıxıb.

Mövsüm

AzNews.az