• Qərb
  • 21 Oktyabr 13:19
  •  2 482

ABŞ-də qəzaya uğrayan qırıcı təyyarənin iki pilotunun cəsədi tapılıb

ABŞ-də adi təlim uçuşu həyata keçirən döyüş təyyarəsi ölkənin şimal-şərqində yerləşən Vaşinqton ştatının dağlıq Rainier bölgəsində qəzaya uğrayıb.

Qəza ölkə gündəmində ikən təyyarənin heyətinin itkin olduğu açıqlanıb.

İtkin düşmüş komanda üzvlərinin axtarışları davam edərkən, ABŞ Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı yeni açıqlama verib.

Açıqlamada qəzaya uğrayan təyyarədən itən iki pilotun bədən hissələrinin tapıldığı, pilotların şəxsiyyətlərinin bir neçə gün ərzində açıqlanacağı bildirilib.

Mövsüm

AzNews.az