• Qərb
  • 21 Oktyabr 15:55
  •  2 417

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb

ABŞ- nin Hyuston şəhərində bir uşaq da daxil olmaqla dörd nəfəri daşıyan şəxsi helikopter tam sürətlə radio qülləsinə çırpılaraq böyük yanğına səbəb olub.

Bu barədə "NBC News" məlumat yayıb.

Yerli polis rəisi bildirib ki, helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. İlkin olaraq yerdə heç kim xəsarət almayıb. Təyyarədə olan şəxslərin kimliyi açıqlanmayıb.

Yanğınsöndürənlər daha sonra bildiriblər ki, yanğın söndürülməzdən əvvəl yanğın üç bloku əhatə edə bilib.

Mövsüm

AzNews.az