• Qərb
  • 21 Oktyabr 18:34
  •  2 805

İtaliyada daşqın riski: 5 bölgədə narıncı xəbərdarlıq elan edildi!

İtaliyanın bir çox bölgəsi həddindən artıq yağış səbəbindən su altında qalıb.

Bildirilib ki, Bolonya şəhəri yaxınlığındakı Ravone çayı daşıb və bir çox küçələri su basıb.

Bolonya meri Matteo Lepore sakinləri avtomobillərinə minməməyə və evlərinin birinci mərtəbəsindən uzaq durmağa çağırıb.

Ölkənin cənubundakı Siciliya adasındakı Kataniya şəhəri də yağışdan təsirlənərkən, şəhər mərkəzindəki Etnea küçəsi su altında qalıb.

Turin şəhərinin ərazisindən keçən Po çayının bəzi nöqtələrdə daşqın səviyyəsinə çatdığı paylaşılıb.

Palermo şəhərinin hava limanında uçuş-enmə zolağı və perronun bir hissəsi su altında qaldıqda, hava limanı eniş üçün bağlanıb. Bildirilib ki, hava limanına enişlər başqa hava limanlarına yönəldilib.

Mövsüm

AzNews.az