- Qərb
- 30 Oktyabr 2024 19:18
- 2 479
Böyük Britaniyada ölkənin dövlət büdcəsi layihəsi tənqid edilib
Böyük Britaniya hökumətinin yeni büdcə layihəsi ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər.
Bu barədə Britaniya xəzinəsinin keçmiş kansleri Ceremi Hant "The Telegraph"-ın "YouTube" kanalına müsahibəsində danışıb.
Hant qeyd edib ki, layihədə elan edilən qışda kommunal ödənişlərin azaldılması britaniyalı təqaüdçülərə mənfi təsir göstərə bilər.
"Əgər siz qış üçün istilik ödənişlərinə ümumi çıxışı məhdudlaşdırsanız, yoxsulluq şəraitində yaşayan pensiyaçıların üçdə ikisi üçün mövcud olan vəsaiti məhdudlaşdırmış olursunuz" ,- deyə Hant qeyd edib.
Mövsüm
AzNews.az