- Qərb
- 31 Oktyabr 23:33
- 878
ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.
Aznews.az xəbər verir ki , bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:
“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.