• Qərb
  • 1 Noyabr 21:56
  •  2 037

ABŞ rəsmiləri Ukraynaya 425 milyon dollar dəyərində yeni yardım paketi açıqlayıb

ABŞ Müdafiə Nazirliyi cümə günü, noyabrın 1 - də Ukraynanın kritik ehtiyaclarını ödəmək üçün 425 milyon dollar məbləğində əlavə yardım ayırdığını açıqlayıb .

Qeyd edilib ki, yeni paket Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyası tərəfindən ayrılmış avadanlıq və texnikanın 69-cu tranşı olacaq və avqust ayından etibarən ölkənin Müdafiə Nazirliyinin ehtiyatlarından Kiyevə veriləcək.

"Paketin təxmini dəyəri 425 milyon dollardır və Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket sistemləri və artilleriya üçün sursat, zirehli maşınlar və tank əleyhinə silahlar da daxil olmaqla, ən aktual ehtiyaclarını ödəmək üçün əlavə imkanlar verəcək”, - hesabatda deyilir.

Mövsüm

Aznews.az