İspaniya hökuməti daşqın qurbanlarına yardım üçün 10 milyard avrodan çox vəsait ayıracaq

İspaniya hökuməti daşqından zərər çəkənlərə ilk yardım paketi çərçivəsində 10,6 milyard avro ayıracaq.

Bu barədə baş nazir Pedro Sançes jurnalistlərə bildirib.

Mətbuat konfransı zamanı siyasətçi deyib ki, bu cür yardım daşqınların nəticələri ilə mübarizə üçün "yaxşı ilk addım" olacaq.

O, həmçinin qeyd edib ki, ölkənin bərpa planı üç bənddən ibarətdir.

Birincisi, təcili həllini tələb edən məsələlərə cavab, ikincisi, binaların yenidən qurulmasıdır. Üçüncüsü isə İspaniya ərazisini gələcəkdə ekstremal hava şəraitinə hazırlamaq məqsədi daşıyır.

Mövsüm

Aznews.az