Serbiya prezidenti Vuçiç Novi Saddakı faciə ilə əlaqədar bir sıra istefalar vəd edib

Serbiyanın Novi Sad şəhərində baş verən faciədən sonra bir sıra istefalar gələcək.

Serbiya prezidenti Aleksandar Vuçiç bu barədə "Happy TV" kanalında məlumat verib.

Noyabrın 4-də Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç mətbuat konfransı zamanı hadisədən sonra istefa verdiyini açıqlayıb. Vuçiçə görə, bu işdən çıxarılma "yalnız başlanğıc idi".

“Bu, ölkə üçün ağır psixoloji zərbədir. 14 nəfəri geri qaytara bilmərik, bu, onların ailələri və bütün ölkə üçün dözülməz zərbədir, ona görə də planlaşdırdığımız hər şeyi tamamlamalıyıq. Bu, yalnız istefaların başlanğıcıdır”, - deyə dövlət başçısı bildirib.

Mövsüm

Aznews.az