İsveçdə bir radikal Quranı yandırdığına görə 4 aylıq həbs cəzası alıb

İsveçdə Danimarkanın ifrat sağçı Hardline partiyasının lideri Rasmus Paludan Quranı yandırdığına görə 4 aylıq həbs cəzasına məhkum edilib.

Bu barədə "SVT Nyheter" nəşri məlumat yayıb.

“Rasmus Paludan etnik qrupa qarşı təhrik etdiyinə görə 4 aylıq həbs cəzasına məhkum edilib. İttiham onun 2022-ci ilin aprel və sentyabr aylarında Malmödə Quranı yandırdığı ictimai yığıncaqlarda verdiyi ifadələrlə bağlıdır”, - materialda deyilir.

Məhkəmə Paludanın hərəkətləri və görüşlərdə söylədiyi fikirlərə “İslamın tənqidi və ya siyasi kampaniya işi ilə haqq qazandıra bilməz” qərarını verib.

Mövsüm

Aznews.az