- Qərb
- 17:37
- 845
Aİ liderləri ABŞ-də prezident seçkilərinin nəticələri ilə bağlı fövqəladə müzakirələr keçirəcəklər
Avropa İttifaqı (Aİ) liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi ilə bağlı təcili müzakirələr aparacaqlar.
Bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib.
"Budapeştdəki qeyri-rəsmi sammit liderlər üçün Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlığı ilə bağlı təcili müzakirə aparmaq üçün yaxşı fürsət olacaq", - diplomat qeyd edib.
Mənbənin sözlərinə görə, Avropada prezident seçkilərinin nəticələri Ukraynaya hərbi yardımın azaldılması ehtimalı , həmçinin ABŞ ilə iqtisadi münasibətlərin çətinləşməsi ilə bağlıdır ki, bu da sonradan yeni ticarət müharibəsinə gətirib çıxara bilər.
Mövsüm
Aznews.az