• Qərb
  • 6 Noyabr 19:29
  •  826

Makron Trampın qələbəsindən sonra Fransa və Almaniyanın hədəflərindən danışıb

Paris və Berlin vahid, güclü və suveren Avropa yaratmaq üçün çalışacaqlar.

Bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

Fransa lideri Donald Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdikdən sonra Almaniya kansleri Olaf Şolzla danışıb.

"Bu yeni kontekstdə biz daha birləşmiş, daha güclü və daha suveren Avropa üçün çalışacağıq" deyə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Mövsüm

AzNews.az