Polşa MN Ukrayna səmasında raketləri vurmaqdan imtina edib

Polşa hərbçiləri Ukrayna ərazisi üzərindən raketləri vurmamalıdırlar.

Bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış RadioZet radiostansiyasının efirində məlumat verib .

Bundan əvvəl, noyabrın 6-da Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Varşava NATO-dakı tərəfdaşları ilə birlikdə Ukrayna üzərindən raketlərin tutulması barədə hələ qərar qəbul etməyib.