Pentaqon korrupsiyanın Ukraynanın NATO-ya üzvlüyünə maneə olduğunu elan edib

Korrupsiya nəinki Ukraynanın NATO və Aİ-yə daxil olmasının qarşısında əsas maneəyə çevrilir, həm də ölkənin iqtisadi dirçəlməsinə və ona xarici kapitalın cəlb edilməsinə mane olur.

Bu barədə Pentaqonun Baş Müfəttişliyi məlumat yayıb.

Auditor Konqresə 2024-cü il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edən sənəddə qeyd edib ki, “Hakimlər, siyasətçilər və məmurlar korrupsiyada ittiham edilib və Müdafiə Nazirliyi bir çox korrupsiya qalmaqallarında əsas oyunçu olub”.

Bundan əlavə, qeyd olunur ki, Ukraynanın bu yaxınlarda iki dövlət satınalma agentliyini birləşdirmək cəhdi Qərb tərəfdaşları tərəfindən mənfi qarşılanıb.

Mövsüm

Aznews.az