Moldova Milli Bankı 2025-ci ildən leyi dollar əvəzinə avroya bağlayacaq

2025-ci il yanvarın 2-dən Moldova leyi üçün rəsmi məzənnənin müəyyən edilməsi üçün baza valyutası kimi avro ABŞ dollarını əvəz edəcək.

Bu barədə Moldova Milli Bankının (MMB) saytında məlumat verilib .

"Bu dəyişiklik Moldova leyinin avroya qarşı məzənnəsindəki dalğalanmaları, eləcə də avronun alış və satış məzənnələri arasındakı fərqi azaldacaq ki, bu da iqtisadiyyata fayda verəcək və valyuta xərclərini azaltmağa kömək edəcək", - bank bildirir.

Qeyd olunur ki, bu qərar ölkə iqtisadiyyatının Avropa İttifaqı (Aİ) bazarına yönəlməsini əks etdirir. Bankın məlumatına görə, kommersiya əməliyyatlarının 60%-i, pul köçürmələrinin 70%-i avro ilə həyata keçirilir və bu valyuta yerli valyuta bazarında ən populyardır. Beləliklə, bu dəyişiklik Moldova iqtisadiyyatına xeyir verəcək məzənnə sabitliyinin yaradılmasına kömək edəcək.

Mövsüm

Aznews.az