The Telegraph: RAF DragonFire lazerini təyyarəyə quraşdıra bilər

Böyük Britaniya Silahlı Qüvvələri yaxın 10 il ərzində DragonFire lazer silahlarını təyyarələrə və hərbi quru maşınlarına quraşdıra bilər.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Qəzet yazır: “Hər atışda raketləri və dronları məhv edə bilən inqilabi lazer on il ərzində Britaniyanın yerüstü maşınlarına və təyyarələrinə quraşdırıla bilər”.

Silahın hazırlanmasında iştirak edən QinetiQ şirkətinin baş direktoru Stiv Uedinin sözlərinə görə, onlar dəniz proqramı - 2027-ni hədəfləyirlər.

O, qeyd edib ki, lazımi maliyyələşmə ilə yerüstü tətbiqlər analoji vaxt çərçivəsində həyata keçirilə bilər və bundan sonra , 5-10 il içində lazerin aviasiyada da istifadə edilə biləcəyi görüləcək.

Mövsüm

Aznews.az