- Qərb
- 19:08
- 704
Siyarto: Bayden dünyanı qlobal fəlakətə doğru sövq edir
ABŞ prezidenti Co Bayden öz hərəkətləri ilə dünyanı dünya müharibəsinin başlamasına doğru sövq edir.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
Macarıstanın xarici işlər naziri Baydenin prezidentlik müddətinin qalan aylarını son onilliklərin ən təhlükəli ayları adlandırıb.
Onun fikrincə, Kiyevin Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə icazə verilməsi dünya müharibəsi təhlükəsi yaradır.
Siyarto hesab edir ki, belə bir nəticə ilə Qərb ölkələri hər şeyi itirəcək.
“Birləşmiş Ştatlarda öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan, bacarıqları geniş şəkildə şübhə altına alınan və iki aydan sonra vəzifəsini tərk edəcək prezident qlobal fəlakətə səbəb olacaq qərarlar qəbul edir”, - Siyarto Facebook səhifəsində yazıb.
Mövsüm
Aznews.az