Le Pen 250 min insanın ona dəstək üçün petisiya imzaladığını açıqlayıb

Fransanın Milli Mitinq Partiyasının lideri Marin Le Penin Avropa Parlamentində qondarma partiya köməkçilərinin işə götürülməsi ilə bağlı cəzası fonunda 250 minə yaxın insan ona dəstək petisiyasını imzalayıb.

Bu barədə siyasətçinin özü məlumat verib.

“Mənim dəstəyim üçün başlayan və bir neçə gün ərzində 250 min imza toplayan petisiya dinc aksiyadır və hər kəsə öz hiddətini bildirməyə imkan verir”, – partiya lideri X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.

Mövsüm

Aznews.az