- Qərb
- 18:54
- 779
İtaliyada səhiyyə işçiləri tətilə başlayıb
İtaliyada səhiyyə işçiləri hökumətin 2025-ci il büdcə layihəsində səhiyyə sektoruna daha az vəsait ayırdığını əsas gətirərək ölkə daxilində 24 saatlıq tətilə başlayıb.
Milli mətbuatda yer alan xəbərə görə, həkimlər və tibb bacıları həmkarlar ittifaqı və peşə palatalarının çağırışı ilə hökumətin 2025-ci il büdcəsində sağlamlıq üçün az vəsait ayırdığı səbəbilə etiraz etmək və reaksiya vermək üçün bir günlük iş dayandırıblar.
Həmkarlar ittifaqı, ölkə daxilində tətilə iştirak nisbətinin yüzdə 85 ətrafında olduğunu ifadə etdi.
Tətil zamanı fövqəladə vəziyyətdə olan xəstələrə xidmətlərə zəmanət verilərkən, 15 mindən çox təcili olmayan əməliyyatın və 100 min müayinənin təxirə salınması riskinin olduğu qeyd edilib.
Tətillə əlaqədar 500-dən çox tibb işçisi paytaxt Romada Apostoli meydanında mitinq keçirib.
Xəstəxanalarda tibb işçilərinə daha çox hörmət tələb edən qrup, italyan dilində "hörmət" yazılan lövhələr daşıyıb. İştirakçılar resurs çatışmazlığına da reaksiya veriblər.
Səhiyyə sektoru nümayəndələrinin və müxalifətin hökumətin 2025-ci il büdcəsində səhiyyəyə aşağı resurslar ayırması ilə bağlı tənqidlərinə qarşı çıxan baş nazir Giorgia Meloni, hökumətinin milli səhiyyə xidmətlərinə görünməmiş miqdarda resurs ayırdığını müdafiə edib.
Mövsüm
Aznews.az