Yle: Finlandiya NATO qoşunlarını qəbul etməyə hazır deyil

Finlandiya Laplandiyası NATO qoşunlarını qəbul etməyə hazır deyil.

Bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayı.

“Laplandiyanın yolları, körpüləri və dəmir yolları ya pis vəziyyətdədir, ya da mühüm ərazilərdə infrastruktur yoxdur. Təchizat təhlükəsizliyi nöqteyi-nəzərindən pis yollar risk yaradır, çünki giriş marşrutları olmayan insanlar potensial böhran zamanı ərzaq, dərman, yanacaq və digər həyati vacib idxal məhsulları olmadan qalacaqlar”, - nəşr qeyd edib.

Materiala görə, yolların, körpülərin və infrastrukturun yaxşılaşdırılması üçün zəruri layihələr milyardlarla avro tələb edə bilər. Lapland Regional Şurasının direktorunun sözlərinə görə, pul “öz cibimizdən” və ya Avropa İttifaqının (Aİ) proqramları vasitəsilə toplanmalıdır.

Mövsüm

Aznews.az