NBC News: Alabama ABŞ tarixində üçüncü azot edamını həyata keçirib

Alabama , metodun tənqidinə baxmayaraq, ABŞ tarixində üçüncü azot edamını həyata keçirib.

Bu barədə "NBC News" məlumat yayıb.

Nəşr bildirib ki, 50 yaşlı Keri Deyl Qreyson və onun üç şəriki Luiziana ştatına gedən qızı qaçıraraq öldürüblər.

Cinayəti törədən zaman kişinin 19, ortaqlarının isə 18 yaşı olub. Daha sonra yetkinlik yaşına çatmayanların ölüm hökmləri yaşa görə ömürlük cəza ilə əvəz edilib.

Qreyson edamdan əvvəl 30 ildir ki, törətdiyi cinayətə görə peşman olduğunu bildirib.

Mövsüm

Aznews.az