• Qərb
  • 22 Noyabr 18:29
  •  807

Şolz Rusiyanın Oreşnikdən istifadə etməsinə cavab verib

Rusiya Dnepropetrovskdakı obyektə orta mənzilli raket atmaqla Ukraynadakı münaqişənin “qorxunc eskalasiyasına” başladı.

Bu fikri Almaniya kansleri Olaf Şolz deyib.

“Son eskalasiya bizə bu “hərbi əməliyyatın” nə qədər təhlükəli olduğunu göstərir: [Rusiya prezidenti Vladimir] Putin Ukrayna ərazisini vurmaq üçün orta mənzilli raketlərdən istifadə edib. Bu dəhşətli eskalasiyadır”, - Şolz qeyd edib.

Eyni zamanda o, əlavə edib ki, Almaniya Rusiyanın hərəkətlərinə baxmayaraq, mövqeyini dəyişmir və Ukraynaya “Taurus” uzaqmənzilli raketləri verməyəcək. Həmçinin Almaniya Kiyevə silahlarından Rusiya Federasiyası ərazisində məqsədlər üçün istifadə etməyə icazə verməyəcək.

Mövsüm

Aznews.az