• Qərb
  • 22 Noyabr 22:38
  •  1 315

NATO-nun Baş katibi Rütte Türkiyəyə səfər edəcək

Noyabrın 25-də NATO-nun Baş katibi Mark Rütte Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, blokun başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparacaq.

“Baş katib Türkiyə müdafiə sənayesi nümayəndələri ilə görüşəcək və Türk Hava Yolları Sənayesinin (TUSAŞ) obyektlərinə baş çəkəcək. O həmçinin Anıtqəbirə, Atatürkün məqbərəsinə əklil qoyacaq”, – mətbuat xidməti diqqətə çatdırıb.