Fransada hökumət ifrat sağçı ekstremistlərin “hökuməti devirmək” təhlükəsi ilə üz-üzədir

Fransada gərginlik artır.

Son hadisələrdə Fransada hökumət 2025-ci il büdcəsi ilə bağlı Milli Assambleyada çoxluğun dəstəyini ala bilməyib.

Bundan sonra hökumət indiyədək onlara dəstək verən ifrat sağçı ekstremistlər tərəfindən hökuməti devirmək təhlükəsi ilə üzləşib.

Bu kontekstdə Fransa Milli Assambleyasının ən böyük partiyası olan ifrat sağçı Milli Ralli (RN) Parlament Qrupunun sədr müavini Marin Le Pen baş nazir Mişel Barnier ilə görüşündən əvvəl mətbuat mənsublarına diqqət çəkən açıqlamalar verib.

Le Pen hökumətin büdcə qanun layihəsinə qarşı olduqlarını ifadə edərək, "Büdcə olduğu kimi qalsa, hər zaman dediyimiz kimi (hökumət əleyhinə) etimadsızlıq təklifi təqdim edəcəyik",-deyə bildirib.

Le Pen Fransada ifrat sağçı ekstremistlərin üstüörtülü dəstəyi ilə qurulan Barnier hökumətinə "qırmızı xətlərinin nə olduğunu dəfələrlə ifadə etdiklərini" qeyd edib və fransızların alıcılıq qabiliyyətinə yönəlmiş büdcə tədbirlərini qəbuledilməz olduğunu" vurğulayıb.

Le Pen bəyan edib ki, parlamentdəki əksəriyyət etimadsızlıq təklifini dəstəkləsə, hökumət yıxılacaq və prezident Emmanuel Makron yeni baş nazir təyin etməli olacaq.

Makronun İntibah Partiyasının Parlament Qrupunun sədr müavini və keçmiş baş nazir Qabriel Attal Le Penin hökuməti devirmək “hədəsinə” sərt reaksiya verib.

Attal “Biz ölkənin gələcəyi ilə oynaya bilmərik” deyərək Le Peni tamamilə məsuliyyətsiz hərəkət etməkdə ittiham edib.

Bundan əlavə, Attal, Barnier hökumətinin devrilməmək üçün deyil, müvəffəqiyyətli olmaq üçün yardıma ehtiyacı olduğunu bildirib.

Mövsüm

Aznews.az