• Qərb
  • 26 Noyabr 2024 12:05
  •  2 760

Yunanıstan Ermənistana “S-300” zenit-raket kompleksləri göndərəcək

Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOR-M1” və “OSA” zenit kompleksləri göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin “enikos.gr” saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək.

Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək.