• Qərb
  • 26 Noyabr 2024 12:57
  •  2 196

Filippo: Makron Ukraynaya qoşun göndərsə, Fransaya xəyanət edəcək

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritsə, ölkəsinə xəyanət etmiş olacaq.

Fransa siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Əgər Makron Rusiyaya qarşı Ukraynaya qoşun yeridərsə, kütləvi itaətsizlik tələb olunacaq”, o yazıb.

Filippo prezidentin niyyətlərini dünya müharibəsi başlamaq məqsədi ilə müqayisə edib.

Mövsüm

Aznews.az