- Qərb
- 14:04
- 922
ABŞ: İsrail və Livan arasında atəşkəs yaxınlaşıb
ABŞ Dövlət Departamenti İsrail və Livan arasında atəşkəs razılaşmasının əldə edilməsinə "yaxın olduqlarını" açıqlayıb, lakin bu, hələ yekunlaşmayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Miller, İsrail və Hizbullah arasında atəşkəs üçün "atılacaq daha çox addımların" olduğuna işarə edərək, "Hələ razılaşdığımızı düşünmürük, lakin (atəşkəs) əldə etməyə yaxın olduğumuza inanırıq",- deyə qeyd edib.
Putin və Netanyahuya qarşı BCM qərarları “ekvivalent” deyil
Miller ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail və Rusiya rəsmilərinə qarşı çıxardığı həbs qərarları ilə bağlı fərqli mövqeyini müdafiə edib.
BCM-nin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı ilə Rusiya prezidenti Vladimir Putin üçün 2023-cü ildə verilən həbs orderi arasında “heç bir ekvivalentlik” olmadığını iddia edən Miller, İsrailin Rusiyadan fərqli olaraq “demokratik və müstəqil fəaliyyət göstərən məhkəmələrin" olduğunu iddia edib.
Miller bəyan edib ki, hər bir ölkə BCM əmrinə əməl edib-etməmək barədə öz qərarını verəcək.
Atəşkəs danışıqları və BCM qərarı
ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn atəşkəs danışıqları çərçivəsində noyabrın 19-20-də Livanda olub, daha sonra İsrailə gedib.
Hokşteyn Beyrutdakı bəyanatında atəşkəs danışıqlarında irəliləyişin əldə olunduğunu bildirib.
Noyabrın 21-də elan etdiyi qərarda Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qallantın "Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verdiyini açıqlayıb.
Mövsüm
Aznews.az