Britaniya kolumbiyalılar üçün viza azadlığını ləğv edir

Britaniya parlamenti kolumbiyalılar üçün vizasız giriş təcrübəsinə son qoyduqdan sonra Kolumbiya lideri Qustavo Petro sosial media hesabından bu qərara reaksiya verib.

İki il ərzində İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyaya vizasız gedə bilən kolumbiyalılar bu istisnadan sui-istifadə etdiklərinə görə İngiltərə yeni qərar qəbul edib.

VİZA AZADLIĞI BİTİR

Kolumbiyalı cinayət təşkilatı üzvlərinin saxta sənəd və blanklar verərək viza azadlığından sui-istifadə etdiyini iddia edən İngiltərə hökuməti ölkəyə vizaların yenidən tətbiq ediləcəyini açıqladığında, Kolumbiya da eyni şəkildə cavab verib.

Kolumbiya prezidenti Qustavo Petro viza azadlığını aradan qaldırdıqdan sonra Britaniya vətəndaşlarından viza tələb olunacağını açıqlayıb.

Mövsüm

AzNews.az