Almaniyada yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

Almaniyanın Mainz-Bingen bölgəsində cinayət müfəttişliyi dövlətə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən azyaşlı uşağı həbs edib.

Bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti öz saytında məlumat yayıb.

Müstəntiqlərin fikrincə, cinayəti törətdiyi iddia edilən şəxs “islamçı səbəblərə görə” əldəqayırma partlayıcı qurğudan istifadə etməklə hücumu planlaşdırıb.

Bildirilib ki, şübhəli şəxs internetdə bomba və partlayıcı qurğuların hazırlanması ilə bağlı təlimat alıb.

Mövsüm

AzNews.az