• Qərb
  • 4 Dekabr 18:40
  •  1 026

Bu səfər taksi sürücüləri Parisi partlatdı...

Fransa hökuməti səhiyyə daşımaları sahəsində yeni tənzimləmələr etdi.

Yanvar ayından qüvvəyə minməsi planlaşdırılan reqlamentə əsasən, xəstələrin tibbi məqsədlərlə daşınmasının təşkili üçün avtomobil paylaşımı açılacaq.

Tənzimləmə xəstələri daşıyan nəqliyyat vasitələri üçün sosial sığortanın azaldılmasını nəzərdə tutur.

Bu tətbiq ilə hökumət nəqliyyat xərclərini azaltmağı və karbon emissiyalarını azaltmağı hədəfləyir.

TAKSİ SÜRÜCÜLƏRİ ETİRAZLARA BAŞLADILAR

Lakin fransız taksi sürücüləri sektorlarının bu tənzimləmədən mənfi təsirlənəcəyini iddia edərək qərara qarşı çıxıblar.

Ölkənin müxtəlif bölgələrindən yüzlərlə taksi sürücüsü birləşərək etiraz aksiyalarına başlayıb.

MİLLİ MƏCLİSİN QARŞINA YIĞILDILAR

Etiraz etmək üçün yola çıxan taksi sürücüləri ölkənin mühüm nəqliyyat marşrutları olan A1, A12 və A13 magistrallarından istifadə edərək paytaxt Parisə doğru irəliləyiblər.

Səhər saatlarında 2 minə yaxın taksi sürücüsü Parisdə Milli Assambleya binası qarşısına toplaşıb.

HƏR YERİ YANDILAR

Gün ərzində saylarının artması gözlənilən taksi sürücüləri zorakılıq hərəkətlərinə başlayıb.

Qərardan qəzəblənən taksi sürücüləri hökumətin reaksiyasını çəkmək üçün şəhərin bir çox yerində yanğınlar törədibər.

Mövsüm

AzNews.az